Eurovision Mətbuat Mərkəzində Səsvermə Sistemi

EBU (Avropa Yayımlar Birliyinin) təşkilatçılığı ilə, hər il keçirilən "Eurovision" mahnı müsabiqəsinin dünyada ən böyük tədbirlərdən biri olması hər kəsə yaxşı məlumdur. Müsabiqədə qalib gəlmiş ölkənin növbəti ildə müsabiqəyə ev sahibliyi hüququnu əldə etməsi isə, müsabiqəyə olan marağı bir qədər də artırır. Bu da təbii haldir, belə ki, müsabiqənin televiziya yayımı zamanı dünyanın əksər ölkələrində milyonlarla tamaşaçının izləməsi, onu olduqca vacib və möhtəşəm tədbirə çevirir. Bununla da, müsabiqəyə ev sahibliyi edən ölkəyə, ölkəsini geniş tamaşaçı auditoriyasına tanıtımına böyük imkanlar yaradır. 


"Eurovision 2012" mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycan da, bu imkandan səmərəli istifadə edib müsabiqəyə ciddi hazırlaşaraq daha öncə keçirlmiş müsabiqələrdən bir çox fərqli və yadda qalan məqamları ilə tarixə yazıldı.

Mahnı müsabiqəsinin keçirildiyi "Crystal Hall"-un mətbuat mərkəzində, kütləvi informasiya nümayəndələrinin və fan klubun üzvlərinin iştirakı üçün nəzərdə tutulan ənənəvi səsvermə sistemi isə, müsabiqənin yadda qalan məqamlarından biri oldu.

OGAE (Organisation Generale des Amateurs de l' Eurovision) təşkilatının mahnı müsabiqəsinin keçirildiyi dövrdə hər il təşkil etdiyi ənənəvi səsvermə sistemi, daha öncə ki illərdə qələm-kağız üzərində aparılırdısa, lakin bu dəfə səsvermə tamamilə fərqli  formatda  və daha müassir qaydada təşkil edildi. Sensor Köşk platforması üzərində "Infotouch" şirkətinin yaratdığı interaktiv səsvermə sistemi, müsabiqənin daha bir yeniliyi oldu.

Müsabiqənin keçirildiyi ərəfədə, səsvermənin nəticələri daim böyük maraqla izlənilirdi. Dünyanın aparıcı telekanalları, səsvermənin nəticələri ilə bağlı canlı bağlantılar və geniş reportajlar hazırlayırdılar. 


Sistemin işləmə prinsipi:


Səsvermə hüququna malik iştirakçılar, "badge" üzərində qeyd olunan xüsusi ID nömrəni ekrana toxunmaqla daxil edib səsvermədə iştirak edirlər. Hər bir iştirakçı, bəyəndiyi 10 ölkəni seçməklə yalnız bir dəfə "Semi Final" üçün səs vermək hüququna malikdırlər və ikinci belə bir səsvermə cəhdi, sistem tərəfindən qəbul edilmir. Seçilmiş 10 ölkənin hər biri səsvermənin nəticəsi olaraq 1 xalla qiymətləndirilir. Müsabiqənin "Grand Final" səsverməsi isə, eynilə şou zamanı olan səsvermə qaydalarına uyğun aparılır. İlk seçilmiş 7 ölkə hər biri 1 xal olmaqla, digər ölkələr isə müvafiq qaydada 8, 10 və 12 xalla qiymətləndirilir. Hər bir səsvermədən sonra nəticələr  dərhal  ekranda görüntülənir.
 


Xüsusilə qeyd etmək lazımdır ki, bu səsvermə yalnız proqnoz xarakterli olduğundan müsabiqənin nəticələrinə heç bir təsir göstərmir.

"Infotouch" şirkəti tərəfindən yaradılmış bu həll, OGAE təşkilatının böyük marağına səbəb olduğundan qərara alınmışdır ki, müsabiqənin keçiriləcəyi növbəti illərdə də bu sistemin tətbiqi mütləq nəzərə alınsın.

Eurovision Mahnı Müsabiqəsi ilk dəfə olaraq, Marcel Bezençonun təşəbbüsü ilə Avropa Yayımları Birliyi (EBU) tərəfindən təşkil olunmuşdur.

Müsabiqə, italyanın tanınmış müsiqi tədbiri olan San-Remo festivalı çərçivəsində həyata keçirilərək, televiziya üzərindən canlı yayım texnologiyasının imkanlarını test etmək məqsədi güdürdü. Bu müsabiqə ilk dəfə olaraq, 7 ölkənin iştirakı ilə 24 May 1956-cı ildə baş tutmuşdur.

Bu illər ərzində müsabiqənin şərtləri dəfələrlə dəyişilərək daha da çətinləşmiş və XX əsrin sonlarında ölkə iştirakçılarının sayı 40-a çatmışdır.