Ali Məhkəmənin Binasında Interaktiv Məlumat Sistemi

Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inşa edilmiş binasında rəsmi distribütoru olduğumuz Almanıyanın Friendlyway AG şirkətinin istehsalı olan "Luminum 32" sensor tipli məlumat köşkləri şirkətimiz tərəfindən quraşdırıldı.

Rəsmi açılış mərasimində Respublika Prezidenti iştirak etmişdir, dövlət başçısına sensor köşkün işləmə prinsipi haqqında ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və
ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır.

Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir.

Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.