Intelligent Agent

Intelligent Agent, 4 milyondan artıq abonenti olan "Azercell" şirkətinin, müştərilərilərinə xidmətin keyfiyyətini daha da müasir və effektiv təşkil olunması üçün nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi, "Müştəri Xidmətləri" ofislərində gündəlik olaraq operatorlara ünvanlanan şablon sualların, müştərinin özü tərəfindən sensor tipli məlumat köşkündən istifadə etməklə əldə olunması üçün yaradılıb.

İstifadəçi heç bir əlavə köməyə ehtiyac olmadan, sensor tipli məlumat köşkünə yaxınlaşıb, göstərilən xidmətlərlə və ya digər məlumatlarla bağlı onu maraqlandıran bütün suallara özü sərbəst şəkildə cavab tapır. 

 
 
Sistem özündə "Məlumatlar" və "Əməliyyatlar" kimi iki əsəs bölmələri birləşdirir:

Məlumatlar bölməsi, şirkətə aid olan (xəbərlər, elanlar, reklam kompaniyaları və sair) statik məlumatlardan ibarətdir. Bu məlumatlar "Administrativ Panel" vasitəsi ilə şirkət tərəfindən vaxtaşırı olaraq yenilənir. 

Əməliyyatlar bölməsinə daxil olmaq üçün abonent, ilk növbətə ekranda görüntülənən müvafiq xanalarda öz mobil telefon nömrəsini daxil edir. Daha sonra (2-3 saniyyə ərzində) sistem avtomatik olaraq, abonentin daxil etdiyi nömrəyə qisa mesaj vasitəsilə giriş şifrəsini göndərir. Xüsusilə qeyd etmək lazımdır ki, giriş şifrəsi hər müraciyyət üçün yalnız 1 dəfə və sistem tərəfindən avtomatik generasiya olunduğundan unikaldır. Təhlükəsizlik məqsədilə eyni giriş şifrəsi ilə sistemə təkrar daxil olmaq cəhdi sistem tərəfindən avtomatik olaraq məhdudlaşdırılır.

Abonent giriş şifrəsini daxil etdikdən sonra sistemə daxil olur və ekranda ona aid olan bütün məlumatlarla (abonentin cari balansı, danışıq limiti, müxtəlif hesabatlar, aktiv xidmətlər və sair) tanış olur. Bundan savayı, abonent istədiyi xidməti ekranın müvafıq düyməsinə toxunmaqla aktivləşdirə və ya ləğv edə bilər.

Hazırda bu sistem, şirkətin 2 "Müştəri Xidmətləri" ofisində və 1 "Distribütor" ofisində artıq istifadəyə verilmişdir. Yaxın vaxtlarla sistemin tətbiq şəbəkəsi bir qədər də genişlənərək "Expess" ofislər də daxil olmaqla bütün "Müştəri Xidmətləri" ofislərində tətbiqi nəzərdə tutulur.

Beləliklə, bu layihə çərçivəsində istifadə olunan sensor köşklər, "Azercell" şirkətin təklif etdiyi xidmətləri eləcə də abonenetləri maraqlandlra biləcək bütün məlumatları özündə birləşdirərək, onu (layihənin adından göründüyü kimi) şirkətin əvəzolunmaz və agıllı nümayəndəsinə çevrilir.

Azercell Telekom MMC, ilk yerli GSM operatoru kimi öz kommersiya fəaliyyətini 1996-cı il dekabrın 15-də başlamışdır. Fəaliyyətinin ilk illərindən etibarən Azercell bazarda lider mövqeyini saxlamaqdadır.

Hal-hazırda 4.000 000-dan çox abonenti olan Azercell ölkə əhalisinin 99,8 %, ölkə ərazisinin isə 80%-nı (20% işğal olunmuş əraziləri çıxmaq şərti ilə) əhatə edir. Şirkətin rabitə bazarındakı payı 55% təşkil edir.

Azercell TeliaSonera-nın bir hissəsidir. TeliaSonera 2002-ci ilin dekabr ayında İsveçin Telia şirkəti ilə Finlyandiyanın Sonera şirkətlərinin birləşmələri nəticəsində yaranmışdır. Hazırda Avrasiyanın ən böyük və ən güclü potensiala malik olan beynəlxalq telekomunikasiya şirkətlərindən biridir.